Tez-tez Verilən Suallar
SmartApp tərəfdaşlıq proqramı haqqında bilmək istədiyiniz hər şey.
01SmartApp tərəfdaşlıq proqramına qoşulmaq pulludur?
Xeyr, tamamilə pulsuzdur. Qeydiyyat, tövsiyə linki alınması və istifadəsi — heç biri ödənişli deyil.
02Tövsiyə linkim nə zaman hazır olur?
Qeydiyyatdan dərhal sonra şəxsi kabinetinizdə tövsiyə linkiniz hazır olur.
03Komissiya nə zaman hesabıma yazılır?
Tövsiyə etdiyiniz müştəri SmartApp planına uyğun ödənişi həyata keçirdikdən sonra komissiya hesablanır. 72 saatlıq 'pending' dövrü var, sonra balansınıza keçir.
04Minimum çıxarış məbləği nədir?
Minimum çıxarış limiti 5 AZN-dir.
05Hansı ödəniş üsulları var?
Bank kartı (AZN), Binance Pay və USDT (BNB, TRC, BASE) vasitəsilə çıxarış edə bilərsiniz.
06Neçə nəfəri tövsiyə edə bilərəm?
Heç bir məhdudiyyət yoxdur. Nə qədər çox uğurlu tövsiyə etsəniz, o qədər çox qazanırsınız.
07Hansı biznesləri tövsiyə edə bilərəm?
SmartApp ilk növbədə restoranlar, kafelər, fast food, oyun zalları, PlayStation zalları, PC zalları, Xbox zalları, əyləncə mərkəzləri üçün uyğundur. Pərakəndə satış, çoxfilial bizneslər də SmartApp-dan istifadə edə bilər.
08Komissiya faizi artırmaq mümkündür?
Bəli. Proqramda 3 səviyyə var: Başlanğıc (20%), Partnyor (25%), Elit (30%). Uğurlu yönləndirmə sayınız artdıqca səviyyəniz avtomatik yüksəlir.
09SmartApp nədir?
SmartApp bizneslər üçün işlənmiş SaaS idarəetmə platformasıdır. POS, QR menyu, KDS (mətbəx ekranı), anbar uçotu, analitika modullarını özündə birləşdirir.
10Tərəfdaşlıq proqramını dayandıra bilərəm?
Bəli, istənilən vaxt hesabınızı deaktivləşdirə bilərsiniz. Toplanmış komissiyalar şərtlərə uyğun ödənilir.
11Tövsiyə etdiyim müştərinin ödənişini izləyə bilərəm?
Bəli. Şəxsi kabinetinizdə bütün yönləndirilmiş müştərilər, onların qeydiyyat tarixi, ödəniş statusu və komissiya məlumatları görünür.
12Fırıldaqçılıq hallarında nə baş verir?
Sistemimiz avtomatik izləmə mexanizmlərinə sahibdir. Yanlış, saxta yönləndirmələr aşkar edildikdə hesab dayandırıla və toplanmış komissiyalar ləğv edilə bilər.