Hüquqi məlumat

Tərəfdaşlıq Qaydaları

Son yenilənmə: 09.09.2026

TƏRƏFDAŞLIQ QAYDALARI

Bu sənəd SmartApp Tərəfdaşlıq (Affiliate) proqramının işləmə mexanizmini və istifadə şərtlərini müəyyən edir.

1. Ümumi Şərtlər

SmartApp Tərəfdaşlıq Proqramı yalnız qeydiyyatdan keçmiş və qaydaları qəbul etmiş istifadəçilər üçündür. Tərəfdaşlıq fəaliyyəti zamanı etik qaydalara və platforma standartlarına əməl olunmalıdır.

2. Komissiyanın Hesablanması və Təsdiqlənməsi

Komissiyalar tövsiyə linkinizdən qeydiyyatdan keçmiş müştərilərin aldıqları "Smart plan"lar əsasında hesablanır:

  • Tövsiyə linkindən qeydiyyatdan keçmiş müştərilər hər hansı Smart planı əldə etdikdə faiz hesablanır.
  • Smart plan alındıqdan 72 saat sonra faiz məbləği (komissiya) təsdiqlənib müştəri hesabına (əlçatan balansa) köçürülür.
  • Bu 72 saat ərzində vəsait "gözləmədə (pending)" statusunda olur.

3. Balans Növləri (AZN və USD)

Sistemdə iki müstəqil balans mövcuddur: AZN balansı və USD balansı.

  • Azərbaycan manatı (AZN) ilə ödəniş edən müştərilərdən əldə olunan komissiyalar AZN balansında toplanır.
  • Dollar (USD) ilə abunəlik alan istifadəçilər üçün komissiya dollar olaraq hesablanıb USD balansına köçürülür.
  • Balanslar (AZN və USD) arasında transfer və ya pulların konvertasiyası qətiyyən mümkün deyil.

4. Nağdlaşdırma Qaydaları və Təhlükəsizlik (Withdrawal)

Təsdiqlənmiş komissiyaları nağdlaşdırmaq üçün aşağıdakı qaydalara və təhlükəsizlik addımlarına əməl olunmalıdır:

  • Minimum nağdlaşdırma limiti həm AZN, həm də USD balansı üçün 5 AZN (və ya ekvivalent valyuta) təşkil edir.
  • AZN balansı çıxarışları üçün dəstəklənən bank kartları: Birbank (Kapital Bank), ABB (Azərbaycan Beynəlxalq Bankı), Leobank və Digər yerli banklar (bank adı qeyd edilməklə). Vəsait birbaşa tərəfdaşın 16 rəqəmli kartına köçürülür.
  • USD balansı çıxarışları üçün kriptovalyuta üsulları: Binance Pay (istifadəçinin Binance ID ünvanı) və ya USDT (Base, BNB Smart Chain - BEP20 və TRON - TRC20 şəbəkələri).
  • Ödəniş üsulları əvvəlcədən şəxsi kabinetdə təhlükəsiz şəkildə qeyd olunmalı və yadda saxlanmalıdır.
  • İki Mərhələli Email Təsdiqi (2FA): Hər bir nağdlaşdırma sorğusu göndərildikdən sonra tərəfdaşın qeydiyyatdan keçdiyi e-poçt ünvanına təsdiq linki göndərilir. Sorğunun icra olunması üçün həmin link təsdiqlənməlidir. Yalnız təsdiqlənmiş sorğular maliyyə şöbəsinə icraya yönləndirilir.
  • Email təsdiqindən sonra vəsaitlər 24 saat ərzində tərəfdaşın qeyd etdiyi hesaba köçürülür.

5. Səviyyələr və Hədəflər (Tərəfdaşlıq Dərəcələri)

Tərəfdaşın gətirdiyi uğurlu yönləndirmə (aktiv müştəri) sayından asılı olaraq səviyyəsi və komissiya dərəcəsi avtomatik yüksəlir:

  • Başlanğıc: 20% komissiya — 0-50 uğurlu yönləndirmə
  • Partnyor: 25% komissiya — 51-100 uğurlu yönləndirmə
  • Elit: 30% komissiya — 101 və daha çox uğurlu yönləndirmə