Kimlər Tərəfdaş Ola Bilər?
SmartApp tərəfdaşlıq proqramı xüsusi bir ixtisas tələb etmir. İnsanlarla ünsiyyəti sevən, biznes çevrəniz olan və əlavə gəlir əldə etmək istəyən hər kəs üçün uyğundur.
Tərəfdaş Profil Xəritəsi
Satış Nümayəndələri
Artıq müştərilərlə işləyən, sahəyə çıxan satış mütəxəssisləri üçün SmartApp tövsiyəsi əlavə komissiya imkanı yaradır. Hazırda satdığınız məhsul/xidmətlərə paralel SmartApp-ı da tövsiyə edə bilərsiniz.
SMM / Kontent Yaradıcıları
Sosial mediada restoranlar, kafelər, əyləncə mərkəzləri ilə çalışırsınızsa, artıq öz müştərilərinizə SmartApp-ı da tövsiyə edə bilərsiniz. İzləyici kütləsi geniş hesab sahibləri üçün güclü kanal imkanıdır.
IT / POS Mütəxəssisləri
Restoran, kafe, mağaza sahiblərinə texniki xidmət, kassa qurulumu, şəbəkə, hardware dəstəyi verən mütəxəssislər SmartApp-ı təbii bir tövsiyə kimi irəli çəkə bilər.
Freelancerlər
Dizayner, veb developer, mühasib, hüquqşünas olaraq biznes sahibləri ilə çalışırsınızsa, SmartApp tövsiyə proqramı sizin üçün əlavə gəlir kanalına çevrilə bilər.
Agentliklər
Marketinq, PR, rəqəmsal agentliklər öz müştəri portfelinə SmartApp tövsiyəsini daxil edərək əlavə gəlir əldə edə bilər.
Biznes İcması Adminləri
Facebook qrupları, Telegram icmaları, LinkedIn şəbəkəsi — bizneslər arasında aktiv olan şəxslər SmartApp tövsiyə linkini geniş auditoriya ilə asanlıqla paylaşa bilər.
Restoran / Kafe Sektoru Çalışanları
Bu sahədə çalışanlar sahibkarların ehtiyaclarını daha yaxından tanıyır. SmartApp-ın bizneslərə nə verdiyi barədə daha inandırıcı söhbət apara bilirlər.
Biznes Məsləhətçiləri
Müəssisə idarəetməsi, proses optimallaşdırması üzrə müşavirlik edən şəxslər müştərilərinə SmartApp-ı tövsiyə edərək əlavə dəyər yarada bilər.
Tərəfdaş olmaq üçün nə lazımdır?
- 18 yaşından yuxarı olmaq
- Bütün ölkələrdən qoşulma imkanı (qlobal tərəfdaşlıq)
- Etibarlı email ünvanı
- Proqram şərtlərini qəbul etmək
Xüsusi sertifikat, işləmə icazəsi və ya texniki bilik tələb olunmur.